Pleyeri seçin:

Tramp və Zelenski sazişi uyğun bir vaxtda imzalayacaqlar | Metyu Uitaker - Baku TV

11 fevral 2026 158 baxış

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynada müharibənin başa çatması və sülhün əldə olunması ilə bağlı danışıb.

Daimi nümayəndə tərəflərin sülhə hər zamankindən daha yaxın olduğunu bildirib. O, danışıqlar prosesini diqqətlə izlədiyini və sülh müqaviləsinin vaxtı çatanda imzalanacağını vurğulayıb.

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski sülh sazişini uyğun vaxtda imzalayacaqlar. Bununla belə, sənəd imzalanana qədər Ukraynanın özünümüdafiəsi üçün lazım olan bütün silahlarla təmin edilməsi vacibdir. Almaniya, Niderland və Norveç Ukraynaya silah tədarükündə ən böyük töhfə verən ölkələrdir və Vaşinqton sülhə qədər yardımları davam etdirəcək”, – deyə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi bildirib.

Bu arada, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml yaxın gələcəkdə Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni danışıqlar raundunun keçiriləcəyini gözləyir, baxmayaraq ki, hələlik dəqiq tarixlər müəyyən edilməyib.

Peskov Ukrayna üzrə növbəti danışıqlar raundunun tarixi ilə bağlı verilən suala cavab olaraq bildirib ki, “xeyr, hələlik konkret tarixlər yoxdur, amma yenə də bunun tezliklə baş verəcəyini gözləyirik”.

Volodimir Zelenski isə daha əvvəl bildirib ki, Ukrayna Əbu-Dabidə keçirilən danışıqlardan sonra növbəti üçtərəfli görüşlərə hazırlaşır.

Film Fondunda Gündüz Abbasovun 95 illiyi qeyd olundu

Film Fondunda Gündüz Abbasovun 95 illiyi qeyd olundu

Dünya
07 mart 2026 158 baxış
Hörmüz boğazında gəmilərə hücum edildi

Hörmüz boğazında gəmilərə hücum edildi

Dünya
07 mart 2026 158 baxış
Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu

Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu

Dünya
07 mart 2026 158 baxış
TƏCİLİ: Trampdan İranla bağlı dəhşətli hücum xəbərdarlığı - Baku TV

TƏCİLİ: Trampdan İranla bağlı dəhşətli hücum xəbərdarlığı - Baku TV

Dünya
07 mart 2026 158 baxış
Okeanlarla bağlı hesablamalar səhv çıxdı

Okeanlarla bağlı hesablamalar səhv çıxdı

Dünya
07 mart 2026 158 baxış
Raketlər işə salındı! | SEPAH yeni əməliyyata başladı | Gərginlik pik həddə! - Baku TV

Raketlər işə salındı! | SEPAH yeni əməliyyata başladı | Gərginlik pik həddə! - Baku TV

Dünya
07 mart 2026 158 baxış
Ərəb ölkələri İrana qarşı birləşir? | Tehranın raketləri məhv edildi - Baku TV CANLI

Ərəb ölkələri İrana qarşı birləşir? | Tehranın raketləri məhv edildi - Baku TV CANLI

Dünya
07 mart 2026 158 baxış
İsraildə İranın atdığı raketdən sonra yanğın başladı

İsraildə İranın atdığı raketdən sonra yanğın başladı

Dünya
07 mart 2026 158 baxış
Yaxın Şərqdə zorakılığa son qoyulması tələb olunur

Yaxın Şərqdə zorakılığa son qoyulması tələb olunur

Dünya
07 mart 2026 158 baxış
Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

Dünya
07 mart 2026 158 baxış
Seçilmişlər
icon