Tramp Zelenski ilə ərazilərin mübadiləsini müzakirə etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Rusiya ilə münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.
O, Alyaskada keçirilən görüşü “Baydenin heç vaxt baş verməməli olan müharibəsi haqqında əla görüş” adlandırıb və medianı həqiqəti təhrif etməkdə günahlandırıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff isə CNN-ə açıqlamasında deyib ki, Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Rusiya ilə ərazi mübadiləsi məsələsi müzakirə olunacaq.
Uitkoff qeyd edib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukraynanın üçtərəfli görüşünü təşkil edə biləcək. Bununla belə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin artıq belə bir görüşə razılıq verib-verməməsi sualına birbaşa cavab verməyib.
Uitkoff deyib ki, Rusiya tərəfi Ukraynanın beş bölgəsi ilə bağlı güzəştə gedib.
Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Rusiyanın razılaşdığı şərtlər bütün Ukraynanı ələ keçirməməkdən ibarətdir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır
- Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb
- Ukraynanın 153 bölgəsinə zərbələr endirildi
- Vens Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib
- Zelenski Əbu-Dabidə keçirilən danışıqların hesabatını açıqladı
