Trampdan İranla bağlı sensasiyalı açıqlama
ABŞ-nin Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu bəyan edərək ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bildirib.
Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb.
"Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir", – deyə Tramp bildirib.
O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: "Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq".
Tramp həmçinin bəyan edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil.
"Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq", – deyə o vurğulayıb.
Jurnalistin İran xalqına ABŞ-nin hərbi əməliyyatdan başqa hansı yardımı etməsi barədə sualına isə Tramp əlavə dəstəyin də verildiyini deyib: "Hazırda biz istəyirik ki, hamı evdə qalsın. Küçə təhlükəsiz deyil. Vəziyyət daha da təhlükəsiz olmağa başlayacaq".
#Donald Tramp teqi istifadə olunub
- İran uzunmüddətli müdafiəyə hazır olduğunu bəyan edib
- İranda liderliyə qadın namizəd gətiriləcək? | Trampın rejimi dəyişdirmək planı - Baku TV
- İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV
- İran Benyamin Netanyahunun ofisinə zərbə endirib? - Baku TV CANLI
- İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI
