Trampdan Rusiya-Ukrayna müharibəsi barədə sensasiyalı açıqlama - Baku TV
Vaşinqton İranla yalnız ABŞ üçün sərfəli hesab etdiyi sülh sazişini imzalayacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı, Çin Xalq Respublikasına yola düşməzdən əvvəl danışıb.
Tramp qeyd edib ki, ABŞ yalnız öz maraqlarına uyğun və əlverişli hesab etdiyi razılaşmanı qəbul edəcək.
O həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş zamanı İran ətrafındakı vəziyyəti geniş şəkildə müzakirə etməyi planlaşdırır. Trampın sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı uzun müzakirə aparacaqlar.
ABŞ lideri eyni zamanda Ukrayna ətrafındakı münaqişənin yaxın zamanda nizamlanacağına inandığını və Rusiya-Ukrayna müharibəsinin başa çatmasına artıq çox az qaldığını bildirib.
Tramp vurğulayıb ki, Ukrayna nizamlanmaya yardım etmək üçün lazım olan bütün addımları atmağa hazırdır. O, zərurət yarandığı təqdirdə, bu il Rusiya Federasiyasına səfər edə biləcəyini də istisna etməyib.
#Donald Tramp teqi istifadə olunub
- Trampın Çinə səfərində hansı mövzu diqqət mərkəzində olacaq?
- ABŞ Prezidenti ilə müharibə nazirinin açıqlamalarına şübhə ilə yanaşılır
- ABŞ-Çin “Bazarlığı”: Rəsmi Pekin Tayvanı, yoxsa İranı seçəcək? - AKTUAL GÜNDƏM
- İranın hansı addımları Trampın narazılığını artırır?
- Tramp Kubanın təslim olmamasına əsəbiləşib
