Trampın nümayəndəsi Rusiya-ABŞ görüşündən danışdı | Bu söhbətdən çox təsirləndim...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə martın 13-də baş tutan görüşünün təfərrüatlarını açıqlayıb.
O bu barədə jurnalist Taker Karlsona müsahibəsi zamanı məlumat verib.
S.Uitkoffun sözlərinə görə, V.Putin 2024-cü ilin iyul ayında D.Trampa qarşı sui-qəsddən sonra çox narahat olduğunu bildirib. Məhz bu səbəbdən Rusiya lideri ABŞ Prezidentinə görə kilsəyə gedərək onun üçün dua edib.
“Vladimir Putin mənə bir əhvalat danışdı, çox təsirləndim. Dedi ki, D.Tramp yaralananda kilsəyə gedərək keşiş ilə görüşüb. O bunu Donald Trampın prezident seçilməsi üçün deyil, onunla dostluq münasibəti olduğu və D.Trampın sağlamlığı üçün edib”, − S.Uitkoff bildirib.
Qeyd edək ki, D.Trampa qarşı sui-qəsd cəhdi 13 iyul 2024-cü ildə Pensilvaniya ştatında seçki kampaniyası ilə bağlı çıxış edərkən baş verib. Sui-qəsdi planlaşdıran 20 yaşlı Tomas Metyu Kruks yerindəcə öldürülüb. D.Tramp isə qulağından yaralanıb.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
