Pleyeri seçin:

Trampın qalmaqallı qərarı qüvvəyə mindi | Qadağanın əsas səbəbi üzə çıxdı

09 iyun 2025 593 baxış

Donald Trampın 12 ölkənin vətəndaşlarının ABŞ-yə səyahətini qadağan edən qərarı qüvvəyə minib.

Afrika və Yaxın Şərqdən olan 12 ölkənin vətəndaşlarını əhatə edən bu səyahət qadağası ABŞ-də miqrasiya ilə bağlı gərginliyin artdığı bir dövrdə tətbiq olunmağa başlanacaq.

Los-Ancelesdəki sərhəd etirazlarının 3-cü günündə D.Tramp milli təhlükəsizlik üçün təhdidləri əsas gətirərək səyahət qadağası qərarını icraya verib. Bildirilib ki, D.Tramp iyunun 5-də adıçəkilən qadağanı ehtiva edən bir sərəncam imzalayıb.

Sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvator Qvineyası, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə səyahətinə qadağa qoyulub.

Bundan əlavə, D.Tramp Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq edib.

Digər tərəfdən ABŞ-də qanuni şəkildə yaşayan və ya etibarlı vizası olan, həmçinin ABŞ-nin milli maraqlarına xidmət edən bu 19 ölkənin vətəndaşları sərəncamın əhatə dairəsinə daxil edilməyib.

Donald Tramp Ağ Evin "X" sosial media hesabında etdiyi paylaşımda bildirib:

"Bizə zərər vermək istəyən insanların ölkəmizə girməsinə icazə verməyəcəyik".

O həmçinin qeyd edib ki, səyahət məhdudiyyəti tətbiq edilən ölkələrin sayı zərurət yaranarsa, dəyişdirilə bilər və yeni təhdidlər ortaya çıxdıqca siyahıya başqa ölkələr də əlavə edilə bilər.

İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV

İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV

Dünya
05 avqust 2026 593 baxış
Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

Dünya
05 avqust 2026 593 baxış
Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Dünya
05 avqust 2026 593 baxış
Hindistan gəmisi Yəmən sahillərində hücuma məruz qaldı

Hindistan gəmisi Yəmən sahillərində hücuma məruz qaldı

Dünya
05 avqust 2026 593 baxış
İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

Dünya
05 avqust 2026 593 baxış
NATO-nun Şərqə genişlənmə planı iflas etdi? | Tbilisidən sərt reaksiya - Baku TV

NATO-nun Şərqə genişlənmə planı iflas etdi? | Tbilisidən sərt reaksiya - Baku TV

Dünya
05 avqust 2026 593 baxış
Pentaqon İrana qarşı hərbi əməliyyatla bağlı yeni rəqəmləri açıqladı - Baku TV CANLI

Pentaqon İrana qarşı hərbi əməliyyatla bağlı yeni rəqəmləri açıqladı - Baku TV CANLI

Dünya
05 avqust 2026 593 baxış
Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünya
05 avqust 2026 593 baxış
Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Dünya
05 avqust 2026 593 baxış
Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Dünya
05 avqust 2026 593 baxış
Seçilmişlər
icon