Trampın təsdiqlədiyi plan Kiyevdən ciddi güzəştlər tələb edir
ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiya ilə hazırlanmış sülh razılaşmasını 27 noyabra qədər imzalamasını gözləyir.
Bu barədə “Financial Times” ukraynalı rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqtonun Kiyevə təzyiqi ABŞ Prezidenti Donald Trampın münaqişənin mümkün qədər tez, ideal halda ilin sonunadək başa çatdırılmasına çalışması ilə bağlıdır.
Bildirilir ki, Ağ Ev bu istiqamətdə aqressiv rejimdə işləyir.
Nəşrin məlumatına görə, 28 bənddən ibarət və Tramp tərəfindən təsdiqlənmiş plan Kiyevdən ciddi güzəştlər tələb edir.
Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib ki, Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ dövlət katibi Marko Rubio son bir ay ərzində sülh planı üzərində səssiz şəkildə işləyib.
Qeyd olunur ki, Avropa İttifaqı artıq təklif olunan sənədə reaksiya verib və həm Avropanı, həm də Ukraynanı danışıqlara qoşulmağa çağırıb.
#Donald Tramp teqi istifadə olunub
- Börnhem Britaniyanın Trampa qarşı çıxmağa hazır olduğunu bildirib
- "The New York Times" nəşrinin iddiası gündəmi alt-üst etdi
- Tramp hərbi əməliyyatları təxirə saldı | Vaşinqtonda artan risklər ciddi narahatlıq doğurur
- İrana edilən hücumlar dayandırılır?
- Trampın 2028-ci il prezident seçkilərinə qatılmaq planı yenidən gündəmə gəldi - Baku TV
