Türkiyə 12 terrorçunu məhv etdi
“Aprelin 17-də hərbçilərimiz İraqın şimalındakı Zap adlı ərazidə terrorçuların “Qala” adlandırdığı, girilməsi mümkünsüz kimi səciyyələndirdiyi “Çemçö” adlı mağaraya daxil olublar”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, əməliyyat nəticəsində 12 terrorçu məhv edilib:
“Həmçinin xeyli sayda silah-sursat ələ keçirilib. Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması labüddür”.
Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır. “İŞİD müsəlmanları təmsil etmədiyi kimi, PKK da kürd qardaşlarımızı təmsil etmir. Bəziləri bizim əməliyyatlarımızın kürd qardaşlarımıza qarşı olduğuna dair rəy yaratmaq istəyirlər. Türklər və kürdlər qardaşdır. Biz minlərlə ildir ki, birlikdə yaşayırıq, Cümhuriyyəti birlikdə qurduq", – deyə o qeyd edib.
#Hulusi Akar teqi istifadə olunub
- Zakir Həsənov Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü
- Türkiyə bu ölkələrlə müdafiə sənayesində əməkdaşlığa hazırdır | Hulusi Akar Bakıda çıxış etdi
- "Gücümüzün fərqindəyik!" | Hulusi Akardan xəbərdarlıq
- Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişləndirilir
- İlham Əliyev və Hulusi Akar nələri müzakirə etdi?
