Pleyeri seçin:
Türkiyə - Gürcüstan sərhədində güclü zəlzələ baş verdi
Türkiyə-Gürcüstan sərhədində güclü zəlzələ baş verib.
Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi ölkənin şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olduğunu, yeraltı təkanların ocağının isə 10 km dərinlikdə yerləşdiyini bildirib. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə isə 5 maqnitudalı zəlzələnin episentri Ərdahan şəhərinin Posof mahalı olub və 11 km dərinlikdə yerləşib.
Kopyalandı
![icon](/images/loading.png)