Türkiyədə "Grok" proqramına qarşı araşdırmanın başladılma səbəbi üzə çıxdı | Detallar açıqlandı
Ankara Cümhuriyyət Baş Prokurorluğu “X” (əvvəlki “Twitter”) sosial şəbəkəsinin süni intellekt əsaslı tətbiqi olan “Grok” proqramına qarşı rəsmi araşdırmaya başlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Araşdırmanın başlanmasına səbəb proqramın bir çox istifadəçiyə verdiyi cavablarda təhqiramiz və hüquqi baxımdan cinayət xarakteri daşıyan ifadələrin yer almasıdır.
Prokurorluq xalqın bir hissəsinin dini dəyərlərini açıq şəkildə alçaltmaq, Türkiyə Prezidentinə təhqir, Mustafa Kamal Atatürkün xatirəsinə qarşı təhqiramiz hərəkətlərin qadağan edildiyi 5816 saylı qanunu pozmaq ittihamları ilə araşdırma başladıldığını açıqlayıb.
Məlumata görə, sözügedən istintaq çərçivəsində cinayət tərkibi daşıyan paylaşımlar və istifadəçi hesablarına qarşı məhkəmə qərarı ilə girişi məhdudlaşdırma və məzmunun silinməsi tədbirləri görülüb.
#Türkiyə teqi istifadə olunub
- Türk dövlətlərinin ortaq ordusuna doğru ilk addım? - AKTUAL GÜNDƏM
- Alimlərin əldə etdiyi yeni tapıntılar qədim sirrə yenidən maraq yaradıb
- Türkiyə Prezidenti bölgədə terror yayanlarla bağlı nə dedi? - Baku TV
- Məkkə paktının üzvlərinin nümayəndələri Ər-Riyadda | Nələr müzakirə edildi? - Baku TV CANLI
- Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?
