Pleyeri seçin:
Türkiyədə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq
Türkiyədə pandemiya dövründə 11 mart 2020-ci il - 9 noyabr 2022-ci il tarixləri arasında tibbi maskadan istifadə qaydalarının və digər qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq.
Bu barədə ölkənin Konstitusiya Məhkəməsinin qərarı “Rəsmi qazetə”də dərc olunub.
Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb. Türkiyənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, vətəndaşlar müvafiq idarələrə müraciət etmədən yaxın zamanda ödədikləri məbləğləri geri ala biləcəklər.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə 4 vilayətdə meşə yanğınları hökm sürür | 1 yaşayış məntəqəsi təxliyə edilib - Baku TV
- Vaşinqtondan riskli addım: ABŞ Riyada nüvə imkanı verir? - AKTUAL GÜNDƏM
- Türkiyədə maraqlı tapıntı | Qazıntılarda başqa nələr aşkarlandı?
- "Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV
- "Milləti qoruyan xalqın iradəsidir" | Türkiyədə Demokratiya və Milli birlik günüdür - Baku TV
