Türkiyədəki güclü partlayışın detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) Raket və Partlayıcı Maddələr Zavodunda partlayış və yanğın baş verib.
Partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub. Hadisənin saat 08:40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir.
Bu barədə Petrol İş Ankara Şöbəsinin sədri Haluk Koşar məlumat verib. O, içəridə 5 nəfərin olduğunu, hazırda dağıntılar altında olanların axtarışlarının davam etdiyini bildirib. Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb.
Türkiyə Milli Müdafiə Nazirliyi hadisə nəticəsində 5 işçinin həlak olduğunu təsdiqləyib. Partlayışla bağlı istintaqın başladıldığı bildirilib.
Ankara valisi Vasip Şahin Raket və Partlayıcı Materiallar Zavodunda baş verən partlayışın ilkin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, ilkin ehtimal kimyəvi reaksiyalarla bağlıdır.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə xarici investorlar üçün yaşama icazəsi qaydalarını dəyişib - ƏSAS XƏBƏR
- Ceyhun Bayramov Bakı və Ankara arasındakı əlaqələrdən danışdı - Baku TV
- Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?
- Türkiyədə mənzil almazdan əvvəl bunları bilin | Ekspert vacib məqamlardan danışdı - Baku TV
- Türkiyənin hərbi texnologiyasında uğur | Dronlara qarşı tətbiq edilən sistem necə işləyir? - Baku TV
