Uçuşlar azalır, qiymətlər artır | Səyahət planlarını alt-üst edən səbəblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərq regionunda İranla bağlı yaranan gərginliklər uçuşların təxirə salınmasına və səyahətçilərin istirahət planlarına, sərnişindaşımaya təsir etməyə başlayıb.
Nəzərə alsaq ki, yay ayları başlayır, dünya əhalisinin bir hissəsi istirahət üçün yerlər seçmişdilər və ya seçəcəklər, deməli, indi həm onlar, həm də xidmət sahələri alternativlər axtarmalıdır.
Cari ildə uçuşların kəskin azalması və aviabiletlərin qiymətlərinin bahalaşması orta gəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq.
Təhlükəsizlik amilləri nəzərə alınaraq bəzi ölkələr hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu da sığorta xərcləri, hər dəfə bilet dəyişmək kimi problemlər ortaya çıxarır.
İranla bağlı münaqişə tənzimlənməyəcəyi təqdirdə 2026-cı ildə regiona turist axınının 30 faizə qədər azalacağını bildirən müxtəlif hesabatlar ortaya qoyulur. Üstəlik, aviaşirkətlər uzaq məsafələrə uçmaq üçün Yaxın Şərq ölkələrindəki hava limanlarından da rahat istifadə edə bilmir.
Maraqlıdır, bu belə də davam edəcək?
#Yaxın Şərq teqi istifadə olunub
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM
- Neft tankerində yanğın | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
