Ukrayna Kursk hücumuna elə don geyindirdi ki... | Podolyakdan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kursk vilayətinə hücüm etməklə Kiyev Rusiya ilə danışıqlarda mövqelərini gücləndirməyi planlaşdırır.
Podolyak əmindir ki, hərbçilərin Rusiya sərhədləri daxilində hərəkətləri rusları qorxudacaq və guya onların Prezident Vladimir Putinə münasibətini pisləşdirəcək.
Ukrayna rəsmisinin sözlərinə görə, silahlı qüvvələrin yeridilməsi və sərhədyanı ərazilərə hücum etmələri Kiyevin gələcək danışıqlar prosesinə müsbət təsir etmək şanslarına faydalı təsir göstərəcək.
Podolyak Ukrayna hakimiyyətinin bundan sonrakı proseslərə təzyiq edə biləcəyinə inanır. “Məlum hücumdan sonra tərəflər arasında danışıqların da müvcudluğu istisna edilmir”, – deyə Prezidentin aparat rəhbərinin müşaviri bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV
- Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib
- Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR
- Ukrayna Prezidenti ərazi məsələsində mövqeyini bir daha açıq şəkildə ifadə edib - Baku TV CANLI
- Moskvadan gələn açıqlama yeni diplomatik prosesin başlanğıcı ola bilərmi? - Baku TV
