“Ukrayna məsələsində iki vacib sıçrayış baş verir” | Saakaşvili
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna məsələsində iki vacib sıçrayış baş verir”.
Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
Eks-prezidentə görə, həmin məqamlar aşağıdakılardır:
“Birinci, Avropa və Kanada Rusiyanın 300 milyard dollara yaxın aktivlərini Ukraynaya vermək qərarına gəlir. Bu o deməkdir ki, Ukrayna silah alıb bir neçə ilə öz iqtisadiyyatını təmin edə biləcək.
İkincisi, Amerika bu gün “Tomahawk”ların ötürülməsini elan edəcək, bu da Rusiya hərbi maşınlarının əksər hissəsinin məhv edilməsini mümkün edəcək. Müharibənin şəkli tamamilə dəyişir, Rusiyanın sürətli məğlubiyyəti yaxındır. Çünki rusların “Avropa Ukraynaya kömək etməkdən yorulacaq” hesabı puç oldu. Ukraynanın öz vəsaiti olacaq. Bütövlükdə, müharibə və dünya tarixində böyük bir geridönüşlə üz-üzəyik və bu, tezliklə Gürcüstana da təsir edəcək”.
Saakaşvili qeyd edib ki, Donald Trampın Ukraynaya “Tomahawk” raketlərini verməsi Ronald Reyqanın 1980-ci illərdə Əfqanıstan üsyançılarına “Stinger” tədarük etməsindən daha effektli olacaq:
“Tomahawk” Rusiyanın hərbi potensialının çox hissəsini asanlıqla məhv edə bilər. Bu, əsl oyun dəyişdiricidir”.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
