Ukrayna Ordusunun baş komandanı Baku TV-nin suallarını cavablandırdı
“Ukrayna-Rusiya müharibəsində döyüşlər şiddətlənib”.
Kiyevdə jurnalistlərlə görüşdə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Baku TV-nin Şərqi Avropa Bürosunun suallarından birinə belə cavab verib.
Onun sözlərinə görə, Ukrayna ordusu müasir dronlardan istifadə edir.
A.Sırski bildirib ki, Rusiya Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərində bəzi əraziləri ələ keçirməyi hədəfləmişdi. Lakin Ukrayna ordusu Kremlin bu planlarını pozub.
“Rusiya “min kəsik” taktikasına keçib. Hücumlar kiçik hərbi dəstələrlə həyata keçirilir” deyən A.Sırski etiraf edib ki, Rusiya bu yolla Donetsk vilayətində 20 kilometrə qədər irəliləyib. Amma ruslar gözləmədikləri sürprizlə qarşılaşıblar. Daha doğrusu, tələyə düşüblər. Mühasirədə olan Rusiya hərbçilərinin çoxu öldürülüb. Əməliyyat davam edir. Yaralı və əsir barədə məlumat açıqlanmayıb” .
Baku TV əməkdaşının digər sualı Ukrayna ordusunun nə qədər ərazini azad etməsi ilə bağlı idi. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı A.Sırski bildirib ki, 168 kvadratkilometr ərazi azad olunub. Rusiya hərbçilərinin qoyub qaçdığı ərazilərin sahəsi isə 182 kvadratkilometrdir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV
- Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib
- Ukrayna ərazi güzəşti müqabilində bunları alacaq
- 3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI
- “Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı
