Pleyeri seçin:

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın kimya zavoduna zərbələr endirib - Baku TV

14 iyun 2026 127 baxış

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tula vilayətində yerləşən “Novomoskovsk Azot” kimya zavoduna zərbə endirib.

Bu barədə UNIAN Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Yerli sakinlər bir neçə partlayış səsi eşitdiklərini deyiblər. Tula vilayətinin qubernatoru faktı təsdiqləyib.

Vurğulanıb ki, “Novomoskovsk Azot” Rusiyanın ən iri kimya müəssisələrindən biridir. Zavod ammonyak, azot gübrələri, metanol, xlor, azot turşusu və digər kimyəvi məhsullar istehsal edir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, bu, “Novomoskovsk Azot” zavoduna edilən ilk hücum deyil. Daha əvvəl də müəssisənin dron hücumlarına məruz qaldığı və fəaliyyətinin müvəqqəti dayandırıldığı diqqətə çatdırılıb.

Bundan başqa, Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Moskvaya doğru uçan dörd pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Hava Hücumundan Müdafiə qüvvələri paytaxta istiqamətlənən dörd PUA-nı məhv edib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Uran məsələsi razılaşmanı bloklayır

Uran məsələsi razılaşmanı bloklayır

Dünya
11 iyul 2026 127 baxış
ABŞ müdafiə sənayesinə milyardlar axır

ABŞ müdafiə sənayesinə milyardlar axır

Dünya
11 iyul 2026 127 baxış
ABŞ-dən İrana Hörmüzlə bağlı tələb

ABŞ-dən İrana Hörmüzlə bağlı tələb

Dünya
11 iyul 2026 127 baxış
Serbiya Prezidenti vəzifəsindən uzaqlaşır?

Serbiya Prezidenti vəzifəsindən uzaqlaşır?

Dünya
11 iyul 2026 127 baxış
Üzdə narahatlıq hiss etdikdə nə etmək lazımdır?

Üzdə narahatlıq hiss etdikdə nə etmək lazımdır?

Dünya
11 iyul 2026 127 baxış
Meşə yanğını, torpaq sürüşməsi və tayfun fəsadlar yaratdı

Meşə yanğını, torpaq sürüşməsi və tayfun fəsadlar yaratdı

Dünya
11 iyul 2026 127 baxış
“ABŞ razılaşmanı pozarsa, İran tammiqyaslı müdafiəyə hazırdır”

“ABŞ razılaşmanı pozarsa, İran tammiqyaslı müdafiəyə hazırdır”

Dünya
11 iyul 2026 127 baxış
“Turist qrupları təsdiqlənmiş marşrut üzrə gedə biləcəklər”

“Turist qrupları təsdiqlənmiş marşrut üzrə gedə biləcəklər”

Dünya
11 iyul 2026 127 baxış
Baş komandan Moskvanın planını açıqladı

Baş komandan Moskvanın planını açıqladı

Dünya
11 iyul 2026 127 baxış
Fransada anomal istilər fonunda 130-dan çox insan suda boğulub

Fransada anomal istilər fonunda 130-dan çox insan suda boğulub

Dünya
11 iyul 2026 127 baxış
Seçilmişlər
icon