Pleyeri seçin:
Ukrayna Rusiyanın bu ərazilərini güclü atəşə tutdu | Ölən və yaralananlar var
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazilərini PUA-larla atəşə tutmaqda davam edir.
Son sutka ərzində Rusiya Federasiyası səmasında hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus 47 təyyarə tipli PUA məhv edilib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, 17 PUA Krasnodar diyarı ərazisində, 16-sı Azov dənizi üzərində, 12-si Kursk, ikisi isə Belqorod vilayətində vurulub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiqləyərək bildirib ki, hadisə nəticəsində ümumilikdə bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.
V.Qubernatorun sözlərinə görə, yaşayış evlərinə və avtomobillərə ciddi ziyan dəyib.
Kopyalandı
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
