Ukrayna Rusiyanın enerji obyektlərini hədəfə aldı | Zaxarovadan hücumlarla bağlı açıqlama
“Ukrayna moratoriumun tətbiqinə baxmayaraq, Rusiya Federasiyasının enerji obyektlərinə təxribat və nümayişkaranə şəkildə hücum edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 3-ü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, martın 18-dən Rusiyanın enerji obyektlərinə 30-dan çox zərbə qeydə alınıb:
“Biz Rusiya Federasiyasının enerji obyektlərinə məqsədli şəkildə həyata keçirilən hücumları görürük. Ukrayna rəhbərliyi bunu hərbi zərurət adlandırsa da, aydındır ki, bu, təxribat xarakterli həyata keçirilən hücumdur. Əsasən Belqorod, Bryansk, Zaparojye, Xerson vilayətləri hədəfə alınıb. Çox vacib bir məqamı vurğulamaq lazımdır ki, Ukrayna tərəfindən Rusiyanın enerji infrastrukturlarına endirilən bütün zərbələr terror hücumları üçün nəzərdə tutulan Qərb silahlarının köməyi ilə həyata keçirilir”.
Rusiya XİN-in sözçüsü vurğulayıb ki, Kiyev bu hücumlarla Moskva ilə Vaşinqton arasında başlayan dialoqu pozmağa çalışır.
#Rusiya XİN teqi istifadə olunub
- İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV
- Zaxarovadan qalmaqallı açıqlama | Aİ Ermənistanda rusofobiyanı qızışdırır?
- Lavrovla bağlı bu xəbər gündəmi silkələdi
- Zaxarova ABŞ-nin yeni tarif siyasətindən narahatdır
- Borclar niyə qaytarılmır? | Türkiyə üçün yeni dövr | 2026-cı il niyə əhəmiyyətlidir | YENİ BİR SƏHƏR
