Pleyeri seçin:

Zaxarovadan qalmaqallı açıqlama | Aİ Ermənistanda rusofobiyanı qızışdırır?

21 noyabr 2025 404 baxış

"Avropa İttifaqı Ermənistana qrant və boş vədlər verir. Gürcüstanda olduğu kimi, Ermənistanda da neoliberalizmi təbliğ edirlər. İctimai rəyi manipulyasiya edərək rusofobiya səpirlər".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"Bildiyiniz kimi, onlar indi Ermənistanda müşahidə missiyasını, faktiki olaraq isə kəşfiyyat missiyasını yerləşdirərək ölkəni öz hərbi-siyasi orbitinə çəkiblər. Bir sözlə, onlar rus və erməni xalqları arasında çoxəsrlik dostluğu məhv etmək istəyirlər. Təbii ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə təklif etdiyi düstur artıq açıqdır və bu paradoksdur. Belədir: Moldova və Ukraynadan nümunə götürün! Avropaya inteqrasiya reklamı...", – Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərbin, o cümlədən Aİ-nin destruktiv siyasəti Cənubi Qafqazda, həqiqətən də, vüsət alır.

"Aİ onlara nifrət edir. Bu faktdır. Baxın Gürcüstana. Regiondakı təhdidlər və təzyiqlər Brüssel siyasəti üçün bir növ rutinə çevrilib", – Zaxarova deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gürcüstanı "parlaq nümunə" kimi göstərib.

"Onlar gürcüləri öz suverenliklərini müdafiə etmək cəhdlərinə görə cəzalandırmaq istəyirlər. Kimləsə koalisiya yaratdıqlarına görə, kimisə dəstəklədiklərinə görə yox, sadəcə olaraq, bu dövlətin xalqı öz ölkəsində öz qanunları ilə yaşamaq qərarına gəldiyinə görə. Ölkəni daha böyük oyunda piyadaya çevirməyə çalışırlar. Qərb maraqlarını güdən siyasi qüvvələrə sözün əsl mənasında hər şeyi etməyə icazə verilir və təbii ki, verdikləri külli miqdarda pul müqabilində", – Rusiya XİN nümayəndəsi vurğulayıb.

Silah sənayesində yeni güc mərkəzi formalaşır

Silah sənayesində yeni güc mərkəzi formalaşır

Dünya
21 iyun 2026 404 baxış
Ölkədə qırmızı təhlükə səviyyəsi elan olundu

Ölkədə qırmızı təhlükə səviyyəsi elan olundu

Dünya
21 iyun 2026 404 baxış
Tehran danışıqlardan məmnunluğunu açıqladı

Tehran danışıqlardan məmnunluğunu açıqladı

Dünya
21 iyun 2026 404 baxış
Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir - Baku TV CANLI

Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir - Baku TV CANLI

Dünya
21 iyun 2026 404 baxış
Rusiyada benzin satışına yeni məhdudiyyət qoyuldu? - Baku TV

Rusiyada benzin satışına yeni məhdudiyyət qoyuldu? - Baku TV

Dünya
21 iyun 2026 404 baxış
ABŞ və İran arasında gizli diplomatiya

ABŞ və İran arasında gizli diplomatiya

Dünya
21 iyun 2026 404 baxış
Almaniya Ordusunda kadr böhranı dərinləşir

Almaniya Ordusunda kadr böhranı dərinləşir

Dünya
21 iyun 2026 404 baxış
Kerçlə əlaqə müvəqqəti kəsildi | Ukrayna limanlara hücum etdi

Kerçlə əlaqə müvəqqəti kəsildi | Ukrayna limanlara hücum etdi

Dünya
21 iyun 2026 404 baxış
Tramp ABŞ-İran memorandumuna şərt qoydu | ABŞ boğazda ödənişləri bərpa edəcək? - Baku TV

Tramp ABŞ-İran memorandumuna şərt qoydu | ABŞ boğazda ödənişləri bərpa edəcək? - Baku TV

Dünya
21 iyun 2026 404 baxış
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanat yaydı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanat yaydı

Dünya
21 iyun 2026 404 baxış
Seçilmişlər
icon