Pleyeri seçin:

Ukrayna Sülh sammitində hansı ölkələrlə razılaşdı? | Zelenskidən anons

17 iyun 2024 651 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyun tarixlərində İsveçrədə keçirilən sülh sammiti zamanı 2-ci belə tədbirin anonsunu verib.

Onun sözlərinə görə, hər iki sammitin sonunda Rusiya-Ukrayna cəbhəsində müharibə sonlanacaq.

“Bu gün ümumilikdə 101 ölkə və bir sıra beynəlxalq təşkilatlar Ukrayna və onun tərəfdaşlarının qələbəsi üçün bir yerə toplaşıb. Bizim məqsədimiz isə bütün dünya ölkələrini bu şərəfli işə cəlb etməkdir. Bizim artıq Fransa, Çex Respublikası, Türkiyə, Keniya, Səudiyyə Ərəbistanı, ABŞ, Norveç, Polşa, Kanada, Qətər, Çili, Qana, Finlandiya, Niderland, Almaniya, Birləşmiş Krallıq kimi ölkələrlə ilkin razılaşmalarımız var. Biz bütün dövlətləri BMT Nizamnaməsinin əsas şərtlərindən biri olan birgə əməkdaşlığın edilməsinə və öz ideya və təkliflərini irəli sürməyə dəvət edirik. Əminəm ki, biz bu nəticəni birlikdə əldə edəcəyik.

Birinci və ikinci sülh sammitləri sülhün təfərrüatları üzrə gördüyümüz işi birləşdirməlidir. Sülhə doğru addımlamaq üçün sürətli hərəkət etmək lazımdır. Sülh üçün nəzərdə tutulan planlar hazır olduqda və hər bir addım bir-bir işlənib hazırlandıqda, ikinci sülh sammitinə yol açılacaq. Beləliklə, ədalətli və davamlı sülh təmin olunacaq. Biz artıq 2-ci sülh sammitinə ev sahibliyi edəcək ölkələrlə danışıqlara başlamışıq. Mən əminəm ki, edəcəyimiz seçim həqiqətən qlobal əhəmiyyət kəsb edəcək”, – deyə o bildirib.

Məlumat üçün bildirək ki, sözügedən konfransda Ukraynanın təqdim etdiyi yekun sənəd 78 ölkə tərəfindən təsdiqlənib. Sənəddə Zaporojye Atom Elektrik Stansiyasının Kiyevə verilməsi məsələsi öz əksini tapıb. Buna qarşı çıxan dövlətlər isə Ermənistan, Bəhreyn, Braziliya, Vatikan, İraq, Hindistan, İndoneziya, İordaniya, Kolumbiya, Liviya, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Tayland və Cənubi Afrika Respublikası olub. 

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 651 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 651 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 651 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 651 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 651 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 651 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 651 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 651 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 651 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 651 baxış
Seçilmişlər
icon