Ukraynada baş verənlər Türkiyəni hərəkətə keçirdi | MN rəsmisi açıqlama verdi
“Ukrayna üçün mümkün sülhməramlı missiyaya töhfə vermək məsələsi regional sabitliyin və sülhün bərqərar olması üçün zəruri hesab edilərsə, Türkiyə bunu bütün əlaqədar tərəflərlə müzakirə edəcək”.
Bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Ankaranın Ukraynada mümkün atəşkəsə nəzarət üçün hərbi qüvvə göndərib-göndərməyəcəyi barədə suala cavab verərkən deyib.
“Bizim fikrimiz odur ki, ədalətli və davamlı sülh yalnız hər iki tərəf danışıqlarda bərabər və ədalətli təmsil olunduqda əldə edilə bilər. Bu prosesdə ölkəmiz regionda sülhün bərqərar olmasına, Qara dənizin sülh dənizi kimi saxlanmasına və Ukraynanın yenidən qurulmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək. Bundan əlavə, dövlətimizin müvafiq qurumları ilə sıx koordinasiyada müharibənin dayandırılmasına yönəlmiş çoxşaxəli diplomatik təşəbbüsləri izləyirik.
Müxtəlif media qurumlarında gündəmə gətirilən, amma hələ də konseptual çərçivəyə salınmamış bir missiyaya töhfə vermək məsələsi regional sabitliyin və sülhün bərqərar olması üçün zəruri hesab edilərsə, bütün əlaqədar tərəflərlə qarşılıqlı şəkildə qiymətləndiriləcək”, – deyə nazirliyin sözçüsü bildirib.
#Türkiyə teqi istifadə olunub
- İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI
- NATO İrana qarşı döyüşəcək? | Türkiyə və Yunanıstana hücuma necə cavab veriləcək? - Baku TV
- İranın PUA ilə vurduğu Naxçıvan hava limanında son vəziyyət | Əməkdaşımızdan açıqlamalar - Baku TV
- Türkiyə Prezidenti Azərbaycana dəstəyini ifadə etdi - Baku TV
- "İran Azərbaycana meydan oxumaq istəyirdi, amma..." | Molla rejimi özünü ifşa etdi - Baku TV
