Pleyeri seçin:

Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

07 mart 2026 164 baxış

Çin 2026-2030-cu illəri əhatə edən növbəti beşillik plan çərçivəsində ölkə əhalisinin orta ömür müddətini 80 yaşa çatdırmağı hədəfləyir.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Çin Milli Səhiyyə Komissiyasından bildirib ki, 2024-cü ilin nəticələrinə əsasən, ölkədə orta ömür müddətinin 79 il olacağı proqnozlaşdırılır. Gələcək beş il ərzində bu göstəricinin ən azı bir il artırılması planlaşdırılır.

Təsdiqlənməsi nəzərdə tutulan yeni proqramda əsas prioritet xəstəliklərin qarşısının alınması olacaq. Ailə həkimi sisteminin təkmilləşdirilməsi, tibbi maarifləndirmənin artırılması, həmçinin bədən çəkisi, qan təzyiqi, lipidlər və qanda şəkərin səviyyəsinə nəzarətin gücləndirilməsi planlaşdırılır.

Bundan başqa, ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs sistemi xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərlə mübarizəyə xüsusi diqqət ayrılacaq.

Eyni zamanda, ilkin səhiyyə xidmətləri və teletibb imkanlarının inkişaf etdirilməsi də proqramın əsas istiqamətləri sırasında yer alır. Plana əsasən, yaşlı əhaliyə xidmət sahəsində də əhəmiyyətli islahatlar həyata keçiriləcək.

Hazırda ölkədə 310 milyon 300 min yaşlı insan yaşayır ki, bu da ümumi əhalinin təxminən 22 faizini təşkil edir. Baxım xidmətinin keyfiyyətinin artırılması, uzunmüddətli qayğı sığortasının tətbiqi, eləcə də əlilliyi və ya demensiyası olan yaşlı insanlara dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

Rusiya və Çin yüksək texnologiyalı pilotsuz sistemlərin hazırlanmasında ABŞ-ni geridə qoyur | NYT

Rusiya və Çin yüksək texnologiyalı pilotsuz sistemlərin hazırlanmasında ABŞ-ni geridə qoyur | NYT

Dünya
13 aprel 2026 164 baxış
“Suriyada idarəetmə modeli xalqın dəstəyini qazanmalıdır” | Hakan Fidan

“Suriyada idarəetmə modeli xalqın dəstəyini qazanmalıdır” | Hakan Fidan

Dünya
13 aprel 2026 164 baxış
Uzun fasilədən sonra ilk reyslər | İranlı nazirdən uçuşlarla bağlı açıqlama - Baku TV CANLI

Uzun fasilədən sonra ilk reyslər | İranlı nazirdən uçuşlarla bağlı açıqlama - Baku TV CANLI

Dünya
13 aprel 2026 164 baxış
İran Hörmüz boğazından bu gəmilərin keçidini qadağan etdi - Baku TV CANLI

İran Hörmüz boğazından bu gəmilərin keçidini qadağan etdi - Baku TV CANLI

Dünya
13 aprel 2026 164 baxış
“Onların gəmiləri Hörmüz boğazından keçə bilməz” | SEPAH

“Onların gəmiləri Hörmüz boğazından keçə bilməz” | SEPAH

Dünya
13 aprel 2026 164 baxış
Orbanın 16 illik hakimiyyətinə son qoyan Madyarın ilk çıxışı gündəmi alt-üst etdi - Baku TV

Orbanın 16 illik hakimiyyətinə son qoyan Madyarın ilk çıxışı gündəmi alt-üst etdi - Baku TV

Dünya
13 aprel 2026 164 baxış
Netanyahunun hərbi katibi "Mossad"a direktor təyin olundu

Netanyahunun hərbi katibi "Mossad"a direktor təyin olundu

Dünya
13 aprel 2026 164 baxış
ABŞ İrana qarşı məhdud zərbələrin bərpasını nəzərdən keçirir

ABŞ İrana qarşı məhdud zərbələrin bərpasını nəzərdən keçirir

Dünya
13 aprel 2026 164 baxış
ABŞ NATO çərçivəsində kursunu ciddi şəkildə yenidən nəzərdən keçirəcək

ABŞ NATO çərçivəsində kursunu ciddi şəkildə yenidən nəzərdən keçirəcək

Dünya
13 aprel 2026 164 baxış
İsrail Müdafiə Ordusu İrana qarşı hazır vəziyyətə gətirildi - Baku TV CANLI

İsrail Müdafiə Ordusu İrana qarşı hazır vəziyyətə gətirildi - Baku TV CANLI

Dünya
13 aprel 2026 164 baxış
Seçilmişlər
icon