ABŞ geri çəkilir? - İranla gərginlik azalır, yoxsa fırtına öncəsi səssizlik yaşanır? - Baku TV
ABŞ administrasiyası İrana qarşı müharibənin birtərəfli qaydada başa çatdığını elan etmək variantını nəzərdən keçirir.
"Reuters" agentliyi xəbər verir ki, Amerika kəşfiyyat orqanları Ağ Evin tapşırığı ilə ABŞ Prezidenti Donald Trampın belə bir qərar verəcəyi halda Tehranın mümkün reaksiyasını təhlil edir.
Məlumata görə, məqsəd Trampın münaqişədən çıxışının mümkün nəticələrini qiymətləndirməkdir.
Bildirilir ki, bəzi amerikalı rəsmilər və müşavirlər bu addımın ilin sonuna planlaşdırılan aralıq seçkilərdə Respublikaçılar Partiyası üçün ciddi siyasi itkilərə səbəb ola biləcəyindən ehtiyat edir.
Qeyd olunur ki, hazırda Vaşinqton tərəfindən yekun qərar qəbul edilməyib və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları gücləndirməsi ehtimalı da qalır. Bununla yanaşı, mənbələrə görə, sürətli deeskalasiya Prezidentə daxili siyasi təzyiqləri azalda bilər.
Agentlik yazır ki, ABŞ rəhbərliyi İrana qarşı müxtəlif hərbi variantları gündəmdə saxlayır. Lakin genişmiqyaslı planların, o cümlədən quru əməliyyatlarının həyata keçirilməsi ehtimalı əvvəlki həftələrlə müqayisədə azalıb.
Məlumata əsasən, atəşkəs dövründə İran hərbi obyektlərində dağıntılar altından xeyli sayda silah, o cümlədən pilotsuz uçuş aparatları və raket qurğularını çıxara bilib. Bu isə mümkün yeni hərbi əməliyyatların qiymətini ABŞ və İsrail üçün daha da artırır.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Kəşfiyyat Direktoru aparatından məsələ ilə bağlı şərh verilməyib.
#Donald Tramp teqi istifadə olunub
- İranın danışıqlardan imtina etməsi aranı daha da qızışdıracaq? - Baku TV CANLI
- İrana görə Trampa qarşı məhkəmə iddiası qaldırılacaq?
- Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər
- Neft bazarında gərginlik artır | Dünya neft qıtlığı ilə qarşı-qarşıya qalacaq? - Baku TV
- Tramp Almaniya Kanslerini tənqid etdi
