Ukraynadan Rusiyaya kütləvi PUA hücumu | Ukrayna mətbuatından təcili məlumatlar
Ukrayna silahlı qüvvələri Rusiyanı pilotsuz uçuş aparatları ilə atəşə tutmaqda davam edir.
Rusiya hava hücumundan müdafiə qüvvələri dekabrın 18-dən 19-na keçən gecə ölkə ərazisində Ukraynaya məxsus 84 PUA-nı məhv edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, Rostov vilayətində 36, Bryanskda 21, Belqorod ərazisində 14, Voronejdə 6, Kursk və Tambov vilayətlərində 6, Krasnodar üzərində isə 1 PUA məhv edilib.
Bildirilib ki, bununla da Kiyev rejiminin Rusiyada törətmək istədiyi terror aktının qarşısı alınıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında bildirib ki, vilayətə atılan PUA-ların əksəriyyəti havada ikən zərərsizləşdirilib. Bir neçə avtomobil yararsız hala düşüb, insan tələfatı qeydə alınmayıb.
Ukrayna mətbuatında yayılan xəbərlərdə isə bildirilir ki, Rusiya silahlı qüvvələri artıq Donetsk vilayətinin Trudove şəhərinə daxil olub. Onlar Donetsk və Xarkov vilayətlərinə doğru irəliləyirlər.