Ukraynanın taleyi 3 ölkədən asılı qalıb | Makron sərt ittihamlarla üz-üzə
“Fransa Prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Kir Starmerin münasibətlərində çatlar əmələ gəlir. Bu isə Ukraynanı dəstəkləyən könüllülər koalisiyasının dağılmasına gətirib çıxara bilər”.
Bu sözlər “Politico”da yayılan yazıda qeyd olunub.
Fransalılar səbəb kimi Kir Starmerin təhlükəsizliyin ABŞ tərəfindən sığortalanmasına önəm verdiyini göstərirlər. Çünki Ağ Ev bununla bağlı real addım atmayıb.
Londonda isə ittiham olunan Emmanuel Makrondur. Britaniyalıların fikrincə, prezidentlik müddəti tamamlanmaq üzrə olan Emmanuel öz mirası, gələcəyi barədə düşünür.
Bununla yanaşı, London və Paris ABŞ Prezidenti Donald Trampı Ukrayna ilə bağlı danışıqlar prosesində saxlamağa çalışır.
Qeyd edək ki, 2025-ci ilin martında yaradılan könüllülər koalisiyasına 30 dövlət daxildir.
#Kir Starmer teqi istifadə olunub
- “Onlarla mübarizə aparılacaq, Rusiya ilə əməkdaşlıq edənlər isə...” | Kir Starmer
- Böyük Britaniya Türkiyədə ABŞ-ni necə qabaqladı?
- Ankara və London "Eurofighter" müqaviləsini imzaladı | Son onilliklərin ən böyük sövdələşməsi
- Britaniya Ukraynaya qoşun göndərəcək?
- Böyük Britaniyanın Baş naziri Starmer ABŞ-yə səfər etdi | Vaşinqtondan görüntülər
