Pleyeri seçin:
Ukraynaya kütləvi raket hücumu: ölənlər var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində Uman şəhərində 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
Endirilən zərbələr nəticəsində doqquzmərtəbəli yaşayış evinə ciddi ziyan dəyib. Vilayətin administrasiya rəhbəri İqor Taburets ərazidə xilasedicilərin işlədiyini bildirib.
Rusiya Ordusu aprelin 28-də həmçinin Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində qadın və 3 yaşlı uşaq həlak olub, yaralılar var. Onların vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.
Raket hücumuna məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Ukrayna Sumıdakı mövqelərindən geri çəkilib
- ABŞ Prezidentinin xüsusi nümayəndəsi Mayamidəki danışıqlardan söz açdı
- Müharibədə gərginlik pik həddə | Rusiya bu əraziləri hədəfə aldı - Baku TV
- 210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? | Ukraynadakı müharibə Avropa üçün yük oldu
- Rusiyanın 347 ədəd helikopteri məhv edilib
