Dünya
Pleyeri seçin:

Ukraynaya yox, bu ölkəyə qaçırdılar | Putinin ətrafı Ukraynaya inandı

27 mart 2024

Rusiya Prezidenti Vladimir Putinə yaxın olan şəxslər Ukraynanın “Crocus”da baş verən terror aktı ilə əlaqəsinin olmadığını düşünürlər.

Belə bir iddia ilə “Bloomberg” nəşri çıxış edib.

Məlumata görə, Kremldə hamı Federal Təhlükəsizlik Xidmətinin uğursuzluğuna heyrət edib. Nəşrin iddiasına görə, ölkə rəhbərinin də iştirakı ilə keçirilən qapalı iclas zamanı bir sıra dövlət rəsmiləri Ukraynanın sözügedən terror aktında əli olmadığı qənaətinə gəliblər. Ancaq Vladimir Putin bu məsələdə rəsmi Kiyevin əlinin olmasında israr edib.

Qeyd olunub ki, Kreml rəhbəri bu yolla Rusiya vətəndaşlarını Ukrayna ilə müharibə fonunda dövlətin ətrafında sıx birləşdirmək niyyətindədir.

Məlumat üçün bildirək ki, Moskva vilayətində baş verən terror aktından sonra Rusiya tərəfi təkidlə sözügedən məsələdə Ukraynanı günahlandırıb. Lakin rəsmi Kiyev açıqlaması zamanı V.Putinin iddialarını qətiyyətlə rədd edib. Ağ Ev isə terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsi fikrini irəli sürüb.

Yeri gəlmişkən, “Crocus”la bağlı daha bir məqamın üstü açılıb. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko terror törətməkdə ittiham olunan şəxslərin əvvəlcə Belarus istiqamətində irəliləməyə cəhd göstərdiklərini bildirib. Qeyd edib ki, onlar sərhəddən keçməyin mümkün olmadığını anlayandan sonra Ukraynaya doğru üz tutublar.

ABŞ tankları yararsız çıxdı? | Ukrayna geriyə çəkilsə...

ABŞ tankları yararsız çıxdı? | Ukrayna geriyə çəkilsə...

Dünya
27 aprel 2024
Yəməndə saysız-hesabsız insan bir arada aksiya keçirdi

Yəməndə saysız-hesabsız insan bir arada aksiya keçirdi

Dünya
27 aprel 2024
ABŞ-də insanları dəhşətə gətirən əməliyyat | 54 yaşlı qadına…

ABŞ-də insanları dəhşətə gətirən əməliyyat | 54 yaşlı qadına…

Dünya
26 aprel 2024
Moskvada törədilən terror aktı ilə bağlı daha bir nəfər saxlanıldı

Moskvada törədilən terror aktı ilə bağlı daha bir nəfər saxlanıldı

Dünya
26 aprel 2024
Putinin Ukraynaya göndərdiyi general, əslində, niyə həbs edildi?

Putinin Ukraynaya göndərdiyi general, əslində, niyə həbs edildi?

Dünya
26 aprel 2024
İrana qarşı sanksiya | ABŞ-nin “qara siyahı”sındakılar kimdir?

İrana qarşı sanksiya | ABŞ-nin “qara siyahı”sındakılar kimdir?

Dünya
26 aprel 2024
Rusiya Belarus və Türkiyəyə niyə qarışa bilmir? - Simonyandan açıqlama

Rusiya Belarus və Türkiyəyə niyə qarışa bilmir? - Simonyandan açıqlama

Dünya
26 aprel 2024
Kəndlərin qaytarılmasından sonra İrəvanda həbslər başladı

Kəndlərin qaytarılmasından sonra İrəvanda həbslər başladı

Dünya
26 aprel 2024
Narkomanların olduğu ərazidən tapılanlar dəhşətə gətirdi | Türkiyə

Narkomanların olduğu ərazidən tapılanlar dəhşətə gətirdi | Türkiyə

Dünya
26 aprel 2024
Paşinyan hökuməti ona arxalanır ki... | Korotçenkodan iddialı şərh

Paşinyan hökuməti ona arxalanır ki... | Korotçenkodan iddialı şərh

Dünya
26 aprel 2024
Seçilmişlər
icon