Ümumdünya Səhiyyə Təşkilatı insanlara çağırış etdi
Hərəkətsizlik hər il 3,2 milyon insanın həyatına son qoyur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kifayət qədər fiziki fəaliyyətlə məşğul olmamaq hazırda dünyada dördüncü ən çox rastlanan ölüm səbəbidir.
Gündə cəmi 4 min addım atan insanların hər hansı səbəbdən ölüm riski əhəmiyyətli dərəcədə azalır.
Gəzintinin faydaları ilə bağlı “European Journal of Preventive Cardiology” tibbi jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, 4000-dən çox atılan hər 1000 addım ölüm riskini 15% azaldır.
Polşanın Lodz Tibb Universitetinin kardiologiya şöbəsinin professoru Maciej Banachın başçılıq etdiyi tədqiqat qrupu yeriməyin sağlamlığa təsirini qiymətləndirmək üçün 7 il ərzində 226 889 nəfərin iştirakı ilə aparılan araşdırmaya nəzər salıb. Məlum olub ki, gündə 2337 addım atmaq ürək-damar xəstəliklərinin qarşısını ala bilər.
ÜST-ün məlumatına görə, “COVID-19” pandemiyasından əvvəl infarkt riskini azaltmaq üçün gün ərzində 5324 addım atmaq kifayət idi. Pandemiya insanların fiziki fəaliyyət səviyyəsinin aşağı düşməsinə səbəb olub və onların gündəlik addım sayı əhəmiyyətli dərəcədə azalıb.
#Ümumdünya Səhiyyə Təşkilatı teqi istifadə olunub
- Livanda ölənlərin sayı mini keçdi | Gərginlik davam edir - Baku TV
- "Yaxın Şərqdəki müharibə elə həddə çatıb ki..." | ÜST-dən dünya ölkələrinə xəbərdarlıq - Baku TV
- Uşaqlar arasında piylənmə 3 dəfə artıb
- ÜST Nipah virusu ilə bağlı məlumat yaydı
- İlham Əliyev ÜST-ün Baş direktoru ilə hansı məsələlərdən danışdı? - Baku TV
