Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır
ABŞ Maliyyə Nazirliyi İranın iqtisadiyyatına qarşı yeni sanksiyalar tətbiq edib.
Məhdudiyyətlər “İqtisadi təcrid” əməliyyatı çərçivəsində İrana dəstək verməkdə ittiham olunan fiziki və hüquqi şəxsləri əhatə edir.
Nazirliyin yaydığı məlumata görə, sanksiya siyahısına İranın iri avtomobil istehsalçıları, motosiklet istehsalçıları, dəmir yolu şirkətləri, metallurgiya və maşınqayırma müəssisələri daxil edilib.
Məhdudiyyətlərə İranın iki ən iri avtomobil istehsalçısı, ölkənin ən böyük motosiklet istehsalçısı, həmçinin İndoneziyanın “Golden Motorcycle Company” şirkəti və BƏƏ ilə Honkonqda fəaliyyət göstərən avtokomponent istehsalçıları da məruz qalıb.
ABŞ həmçinin İranın iri dəmir yolu şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Siyahıya metallurgiya və maşınqayırma sektorunda fəaliyyət göstərən “Heavy Equipment Production Company” və onun Şanxaydakı törəmə şirkəti də salınıb.
Bundan başqa, Vaşinqton İranın metallurgiya müəssisələrinə yardım etməkdə ittiham olunan BƏƏ və Almaniya şirkətlərini, eləcə də Honkonqda fəaliyyət göstərən polad və neft ixracı şəbəkəsini sanksiya siyahısına əlavə edib.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, dəmir yolu və avtomobil sektorları İran hakimiyyətinin əsas gəlir mənbələri və logistika imkanları arasında qalır.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Rubio İran nümayəndə heyətinin ölkəni tərk etməsini tələb edib
- İranın yeni addımı danışıqlara necə təsir edə bilər?
- Trampdan ABŞ-İran müharibəsinin gedişatı barədə kritik bəyanat - Baku TV
- İran tərəfi “Remus 600”lə bağlı yeni açıqlama yayıb
- Tehran Vaşinqtonla danışıqları bərpa etməyə niyə tərəddüd edir? - Baku TV CANLI
