Pleyeri seçin:

Vuçiçdən böyük dövlətlərlə bağlı xəbərdarlıq | 3 aya elə olacaq ki...

19 iyun 2024 393 baxış

“Ukraynadakı müharibəyə görə dünya əsl fəlakətə yaxınlaşır və bu, 3-4 aya başlaya bilər”.

Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç İsveçrənin “Die Weltwoche” qəzetinə müsahibəsində bildirib.

“Mən Üçüncü Dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram. İnanıram ki, biz bundan çox da uzaqda deyilik. Yəni 3-4 aydan çox deyil və bunun daha tez baş verməsi riski var”, – o bildirib.

A.Vuçiçin sözlərinə görə, qatar getdi və heç kim onu dayandıra bilməz: “Əgər böyük dövlətlər heç nə etməsə, Ukraynada baş verəcək hər şeyin sonu qaranlıq olacaq. Bəli, tam əminəm ki, qısa müddətdə bizi əsl fəlakət gözləyir. Səbəb odur ki, heç kim sülhə nail olmağa çalışmır”.

Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir: “Həmçinin Vladimir Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki tərəf karta hər şeyini qoyub. Heç kəs məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan etdim ki, biz əsl fəlakətə yaxınlaşırıq”.

O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür: “Bu gün mən neft, şəkər, duz – hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm”. A.Vuçiç onu da bildirib ki, Qərbdə insanlar V.Putini qiymətləndirməyi bacarmır.

Türkiyədə saatda 225 kilometrlə gedən milli elektrikli qatar

Türkiyədə saatda 225 kilometrlə gedən milli elektrikli qatar

Dünya
24 aprel 2026 393 baxış
Ərdoğandan yeni güc mesajı

Ərdoğandan yeni güc mesajı

Dünya
24 aprel 2026 393 baxış
Dünyanı narahat edən addım: ABŞ üç nəhəng donanmanı hərəkətə keçirdi - ANA XƏBƏR

Dünyanı narahat edən addım: ABŞ üç nəhəng donanmanı hərəkətə keçirdi - ANA XƏBƏR

Dünya
24 aprel 2026 393 baxış
Səkkiz ildir içki içmir, amma sərxoşdur

Səkkiz ildir içki içmir, amma sərxoşdur

Dünya
24 aprel 2026 393 baxış
Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı

Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı

Dünya
24 aprel 2026 393 baxış
Yaxın Şərqdə ABŞ hərbi gəmilərinin sayı 3 oldu: İqtisadi mühasirə, yoxsa yeni münaqişə mərhələsi?

Yaxın Şərqdə ABŞ hərbi gəmilərinin sayı 3 oldu: İqtisadi mühasirə, yoxsa yeni münaqişə mərhələsi?

Dünya
24 aprel 2026 393 baxış
Mariya Zaxarova Ermənistana xəbərdarlıq etdi

Mariya Zaxarova Ermənistana xəbərdarlıq etdi

Dünya
24 aprel 2026 393 baxış
“Liderlər rahat idi, çünki...” | Tusk Orbanın Aİ sammitində iştirak etməməsindən danışdı

“Liderlər rahat idi, çünki...” | Tusk Orbanın Aİ sammitində iştirak etməməsindən danışdı

Dünya
24 aprel 2026 393 baxış
Rusiya NATO ölkələrindən birinə hücum edəcək? - Baku TV CANLI

Rusiya NATO ölkələrindən birinə hücum edəcək? - Baku TV CANLI

Dünya
24 aprel 2026 393 baxış
“Paşinyan seçkilərdə qalib gəlsə...” | Viktor Vodolatskidən açıqlama

“Paşinyan seçkilərdə qalib gəlsə...” | Viktor Vodolatskidən açıqlama

Dünya
24 aprel 2026 393 baxış
Seçilmişlər
icon