Pleyeri seçin:
Vurulan təyyarə ilə bağlı bilinməyənlər | Putindən açıqlama
“Ukraynalı əsirlərin olduğu Rusiyanın “İl-76” hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində havada ABŞ-nin “Patriot” zenit-raket kompleksi ilə vurulub”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, bunu ekspertiza təsdiq edib.
Rusiya Prezidentinin qeyd edib ki, “Patriot” raketi Ukraynanın nəzarətində olan ərazidən buraxılıb.
Putin beynəlxalq ekspertlərdən təhqiqat aparmaq üçün Rusiyaya gəlmələrini xahiş etdiyini, lakin hələlik heç kəsin bunu istəmədiyini vurğulayıb.
Kopyalandı
