Pleyeri seçin:

Vyetnam Rusiyanın tərəfinə keçəcək? - Cənubi Qafqazda təhlükənin səbəbi

22 iyun 2024 379 baxış

“Hazırda ABŞ Vyetnamda öz təsirini gücləndirməyə davam edir. Ona görə də Vyetnam həm Çin, həm də Rusiya üçün təhlükə yarada biləcək “qarın boşluq”larından biridir. Vladimir Putinin Şimali Koreyadan sonra Vyetnama səfərinin əsas səbəbi budur”.

Bu sözləri Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professor V.Putinin bu səfərlə Vyetnamı Rusiyanın xeyrinə tərəf olmağa təşviq etmək məqsədi daşıdığını vurğulayıb:

“Moskva orada da müxtəlif yollarla öz siyasi təsir gücünü, nüfuzunu artırmaq niyyətindədir. V.Putin preventiv tədbir kimi bir sədd qurmaq və oraya Vyetnamı da qatmaq istəyir. Şimali Koreyadan fərqli olaraq Vyetnam kimi ölkələr daha çox balanslı siyasət yürütməyin tərəfdarıdır. Lakin onların artan təzyiqlər qarşısında bunu nə qədər davam etdirə biləcəyi sual altındadır. Çünki dünya balanslaşdırılmış xarici siyasətin öz əhəmiyyətini getdikcə itirdiyi, hər kəsin özünə tərəf seçdiyi bir dövrə girir”.

Alim baş verənlərin Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyini bildirib:

“Rusiya xarici siyasətində növbəti dəfə Primakov doktrinasının və yaxın çevrə anlayışının ön plana çıxdığını deyə bilərik. Əgər içində olduğumuz proseslər belə sürətlə davam etsə, bunun Mərkəzi və Cənubi Asiyaya, Cənubi Qafqaza da təsirləri olacaq. Nəticədə böyük güc mərkəzləri arasında yaxın çevrə uğrunda mübarizə əhəmiyyətini artıracaq və şiddətlənəcək”.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 379 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 379 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 379 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 379 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 379 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 379 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 379 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 379 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 379 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 379 baxış
Seçilmişlər
icon