Xameneinin göstərişi ilə İran İsrailə raket hücumuna başlayıb | Təcili məlumat
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.
Bu barədə İranın "Tasnim" agentliyi xəbər verir.
SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.
"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 500-dən çox raket atılıb.
"Reuters"in məlumatına görə, İsrailə raket hücumu İranın ali dini lideri Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib.
Bu arada ABŞ Prezidenti Cozef Bayden ölkə ordusuna İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.
İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib ki, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", – o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq. "Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik", – deyə İsrail Ordusunun sözçüsü bildirib.