Yaşayış məntəqələrinə reaktiv silahlarla zərbələr endirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Ukraynanın Xerson vilayətini növbəti dəfə atəşə tutub. Nəticədə üç nəfər həlak olub, daha üç sakin isə yaralanıb.
Vilayət Prokurorluğunun açıqlamasına görə, Rusiya qoşunları bölgənin yaşayış məntəqələrinə minaatanlar, dronlar və artilleriya, o cümlədən reaktiv silahlarla zərbələr endirib.
Xəsarət alanlar arasında 17 yaşlı yeniyetmə də var, o, piyada əleyhinə minaya düşüb.
Bundan əlavə, vilayətdəki şəxsi evlər və kənd təsərrüfatı müəssisəsinin binaları da zərər görüb.
“Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün diplomatik səylərini bundan sonra da davam etdirəcək”. Belə bir açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Bir həftə içərisində həm rusiyalı həmkarım Vladimir Putin, həm də ukraynalı həmkarım Volodimir Zelenski ilə danışdım” deyən R.T.Ərdoğanın sözlərinə görə, Türkiyənin tərəflər arasında diplomatik addımlar atılması ilə bağlı mövqeyi dəyişməyib.
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
