Pleyeri seçin:

Yaxın Şərqdə vəziyyət gərginləşdi | İsraildə hədəflər məhv edildi

26 avqust 2024 255 baxış

“Hizbullah” iyulun 30-da komandir Fuad Şükürün öldürülməsinə görə qisas əməliyyatına başlayacağını elan edib. Bu səbəbdən İsrail ərazisinə 300-dən çox raket atıb.

Təl-Əviv tərəfi də ölkədə 48 saatlıq xüsusi fövqəladə vəziyyət elan edib.

Avqustun 26-sı səhər saatlarında adıçəkilən hərbi qruplaşma əməliyyatın 1-ci mərhələsinin başa çatdığını açıqlayıb. Hərəkatdan o da bildirilib ki, İsrail ərazisində 10-dan çox hərbi hədəf məhv edilib.

İsrail Ordusu da öz növbəsində “Hizbullah”ın hücuma hazırlaşdığını qeyd edərək Livanın cənubuna kütləvi raket zərbələri endirib. Yerli medianın yaydığı informasiyaya görə, SAXAL 100-ə yaxın döyüş təyyarəsi ilə hücuma keçib.

Məsələ ilə bağlı ölkənin Baş naziri Benyamin Netanyahu da açıqlama verib.

“Bu gün baş verənlər hekayənin sonu deyil. “Hizbullah” səhər başlayandan raket və pilotsuz təyyarələrlə İsrailə hücum etməyə çalışıb. Biz İsrail Ordusuna təhlükəni aradan qaldırmaq üçün güclü qabaqlayıcı zərbələr endirməyi tapşırdıq. Ordumuz minlərlə qısamənzilli raket atdı. Bütün bunlar insanlarımızı qorumaq üçün idi. Bundan əlavə, “Hizbullah”ın ölkənin mərkəzinə atdığı bütün PUA-lar da ələ keçirildi. 3 həftə əvvəl onların Baş Qərargah rəisini aradan götürdük. Beyrutdakı Nəsrullah və Tehranda olan Xamenei – hər ikisi bilməlidir ki, bu, şimaldakı vəziyyəti dəyişmək və sakinlərimizi evlərinə qaytarmaq yolunda növbəti addımdır”, – B.Netanyahu qeyd edib.

Onu da bildirək ki, bütün bunlar regionda genişmiqyaslı bir müharibənin başlayacağına dair narahatlıqları artırıb. Xarici medianın məlumatına görə, Qəzzada vuruşan HƏMAS-la müqayisədə Livandakı eskalasiya hər iki tərəf üçün ciddi itkilərlə nəticələnə bilər.

Silahlı insidentin görünməyən qəhrəmanı

Silahlı insidentin görünməyən qəhrəmanı

Dünya
15 dekabr 2025 255 baxış
Ukraynanın müttəfiqləri onu tək qoyub?

Ukraynanın müttəfiqləri onu tək qoyub?

Dünya
15 dekabr 2025 255 baxış
Rusiyada korrupsiyaya yaşıl işıq

Rusiyada korrupsiyaya yaşıl işıq

Dünya
15 dekabr 2025 255 baxış
Avropa üçün kritik günlər başlayır? | Orbandan açıqlama

Avropa üçün kritik günlər başlayır? | Orbandan açıqlama

Dünya
15 dekabr 2025 255 baxış
Ukrayna hansı şərtlə NATO-ya üzv olmaq istəyindən əl çəkəcək? - Baku TV CANLI

Ukrayna hansı şərtlə NATO-ya üzv olmaq istəyindən əl çəkəcək? - Baku TV CANLI

Dünya
15 dekabr 2025 255 baxış
Sidneydə baş verən terrordan sonra hökumət yeni qərarlar qəbul edir

Sidneydə baş verən terrordan sonra hökumət yeni qərarlar qəbul edir

Dünya
15 dekabr 2025 255 baxış
Himalay dağlarında unudulan nüvə generatoru

Himalay dağlarında unudulan nüvə generatoru

Dünya
15 dekabr 2025 255 baxış
Ruslar Əsma Əsədi sağaltdı

Ruslar Əsma Əsədi sağaltdı

Dünya
15 dekabr 2025 255 baxış
Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Dünya
15 dekabr 2025 255 baxış
ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

Dünya
15 dekabr 2025 255 baxış
Seçilmişlər
icon