Pleyeri seçin:

Yaxın Şərqdəki gərginlik qaz tədarükünü təhlükəyə atır | Avropa nə edəcək? - Baku TV

15 sentyabr 2026 243 baxış

Avropada təbii qaz anbarlarının doluluq səviyyəsinin mövsüm üçün aşağı qalması, neft və neft məhsullarının bahalaşması qış ərəfəsində enerji bazarında yeni risklər yaradıb.

Yunanıstanın “Oikonomikos Tachydromos” (OT) nəşrinin məlumatına görə, Avropanın qaz anbarlarının doluluğu təxminən 67 faiz səviyyəsindədir. Nəşr hazırkı vəziyyəti enerji qiymətlərinin kəskin yüksəldiyi 2022-ci ilin böhran dövrü ilə müqayisə edir.

Yaxın Şərqdə davam edən gərginlik, enerji infrastrukturu və daşımalarla bağlı risklər, eləcə də bazarda ehtiyatların azalması qaz, elektrik enerjisi və yanacağın qiymətlərinə əlavə təzyiq göstərir.

Yunanıstanda vəziyyət xüsusilə qış mövsümü ərəfəsində diqqətlə izlənilir. Hazırkı bazar şərtlərinin davam edəcəyi təqdirdə istilik mazutunun yeni mövsümdə bir litr üçün təxminən 1,80 avroya qədər bahalaşa biləcəyi bildirilir. Ötən mövsümün başlanğıcında qiymət təxminən 1,13 avro idi.

Beləliklə, istilik yanacağının qiymətində təxminən 60 faizə çatan artım riski ev təsərrüfatlarının xərclərinə ciddi təsir göstərə bilər. Yunanıstan hökumətinin mümkün əlavə dəstək tədbirlərini nəzərdən keçirdiyi bildirilir.

Avropa üçün isə qaz anbarlarının vəziyyəti qışa hazırlığın əsas göstəricilərindən biridir. Soyuq hava şəraitində istehlakın sürətlə artması və alternativ tədarük imkanlarının məhdudlaşması qiymət dəyişkənliyini daha da gücləndirə bilər.

Enerji qiymətlərində yeni yüksəliş yalnız istehlakçı xərclərinə deyil, sənaye istehsalına, nəqliyyata və inflyasiyaya da təsir edə bilər. Buna görə Avropa ölkələri qış mövsümünə qədər həm qaz ehtiyatlarının artırılması, həm də alternativ enerji mənbələrinin genişləndirilməsi istiqamətində tədbirləri sürətləndirirlər.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 243 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 243 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 243 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 243 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 243 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 243 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 243 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 243 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 243 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 243 baxış
Seçilmişlər
icon