Dünya
Pleyeri seçin:

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

24 may 2024

Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır.

Artıq uzun zamandır ki, adanın müstəqilliyi uğrunda savaşan kanak xalqının azadlığı uğrunda etiraza qalxanlardan daha bir nəfər öldürülüb. 48 yaşlı kişi fransız polisləri tərəfindən güllələnib.

Bu barədə xarici mətbuatda məlumat verilib. Bildirilib ki, adanın paytaxtı Numea prokurorluğu xəbəri təsdiqləyib. Məlumata görə, 15 nəfərdən ibarət etirazçı dəstə polis əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edib, həmin zaman polis kişiyə atəş açıb.

Prokurorluq “dövlət vəzifəsində olan şəxs tərəfindən qəsdən adam öldürmə” maddəsi ilə araşdırmaya başlayıb. Atəş açan polis əməkdaşı nəzarətə götürülüb. Bununla da 13 gündür etirazların davam etdiyi Yeni Kaledoniyada ölənlərin sayı 7 nəfərə çatıb. Qeyri-rəsmi mənbələrdən isə bildirilib ki, ölənlərin sayı 30-u keçib.

Qeyd edək ki, mayın 23-də adaya səfər edən Fransa Prezidenti Emmanuel Makron asayişi qorumaq üçün adada 3000 polis, xüsusi jandarma dəstəsindən 130 nəfər, zirehli texnika və helikopterin qalacağını bildirib. E.Makronun tapşırığına əsasən, Numea Beynəlxalq Hava Limanı da mayın 28-dək bağlı qalacaq.

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı | Cinayət işi başlanıldı

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı | Cinayət işi başlanıldı

Dünya
25 iyun 2024
Dağıstanda niqab qalmaqalı | Ölkə rəhbərindən sərt çıxış

Dağıstanda niqab qalmaqalı | Ölkə rəhbərindən sərt çıxış

Dünya
25 iyun 2024
Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?

Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?

Dünya
25 iyun 2024
Dağıstanın rəhbəri deputatlarla bağlı təcili göstəriş verdi | Detallar məlum oldu

Dağıstanın rəhbəri deputatlarla bağlı təcili göstəriş verdi | Detallar məlum oldu

Dünya
25 iyun 2024
Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

Dünya
25 iyun 2024
Keniyada polislə etirazçılar arasında toqquşma | Ölənlər var

Keniyada polislə etirazçılar arasında toqquşma | Ölənlər var

Dünya
25 iyun 2024
Azərbaycanlı polis Dağıstanda öz canını belə fəda edib | Məni onsuz da...

Azərbaycanlı polis Dağıstanda öz canını belə fəda edib | Məni onsuz da...

Dünya
25 iyun 2024
ABŞ-dən "Hizbullah"a xəbərdarlıq | Ağ Ev kömək edəcək, yoxsa...

ABŞ-dən "Hizbullah"a xəbərdarlıq | Ağ Ev kömək edəcək, yoxsa...

Dünya
25 iyun 2024
Ölənlərin sayı artdı | Dağıstandakı silahlı hücumla bağlı son məlumatlar

Ölənlərin sayı artdı | Dağıstandakı silahlı hücumla bağlı son məlumatlar

Dünya
25 iyun 2024
Pezeşkianla bağlı qərar | Azərbaycanlı namizəd İranda aldadıldı?

Pezeşkianla bağlı qərar | Azərbaycanlı namizəd İranda aldadıldı?

Dünya
25 iyun 2024
Seçilmişlər
icon