Yeni nazirlər açıqlandı | Gürcüstanda prezident seçkiləri keçiriləcək?
Gürcüstanın yeni hökumətində üç yeni nazir olacaq. Bu barədə yerli KİV məlumat yayıb.
Ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, Xarici İşlər Nazirliyinə Maka Boçorişvili, Ədliyyə Nazirliyinə Anri Oxanaşvili, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinə isə David Sonqulaşvili rəhbərlik edəcək.
Qeyd edək ki, Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyasında tək bir fraksiya – “Gürcü Arzusu” yaradılıb. “Gürcü Arzusu” partiyasının üzvləri 26 oktyabr tarixli parlament seçkilərinin nəticələrini qəbul etməyən 4 siyasi birliyin 61 deputatı da daxil olmaqla bütün 150 deputatın səlahiyyətlərini tanıyıblar.
Məlumata görə, Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib. Qərarın lehinə 88 deputat səs verib. Hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze isə yenidən “Gürcü Arzusu” fraksiyasının sədri olub.
Məlumat üçün onu da bildirək ki, Gürcüstanda prezident seçkilərinin 2024-cü ildə keçirilməsi nəzərdə tutulur. Şalva Papuaşvili qeyd edib ki, seçkilərin tarixi noyabrın 26-da elan ediləcək.