Pleyeri seçin:

Yoxa çıxan pakistanlı zəvvarlarla bağlı dəhşətə gətirən xəbər | Nazirlik təcili hərəkətə keçdi

25 iyul 2025 221 baxış

Son bir neçə il ərzində 40 min Pakistan vətəndaşı İran, İraq və Suriyada dini mərkəzlərə ziyarətə getdikdən sonra yoxa çıxıb və Pakistan hökuməti onlar barədə məlumat əldə edə bilmir.

Bu barədə Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb.

“Bu şəxslər təyinat ölkələrinə daxil olduqdan sonra yoxa çıxıblar və onların hazırkı yeri və vəziyyəti haqqında dəqiq məlumat yoxdur”, ‒ məlumatda deyilir.

Bəluc Fəallarının Kampaniyası isə sənəd və mənbələrə istinadən yaydığı məlumatda yoxa çıxan pakistanlı zəvvarların İranla bağlı olduğunu bildirib:

“Əldə edilən sənədlərə görə, minlərlə pakistanlı zəvvarın yoxa çıxması onların İran İslam Respublikasının proksi qüvvələrinə cəlb edilməsi ilə bağlıdır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi və dəstəyi ilə fəaliyyət göstərən “Zeynəbiyyun” və “Fatimiyyun” proksi qrupları illərdir ki, ziyarət adı ilə Pakistan və Əfqanistan gənclərini digər ölkələrdə müharibənin ön cəbhələrində döyüşmək üçün cəlb edir”.

Kampaniyanın məlumatına görə, bu şəxslər İrana daxil olduqdan sonra SEPAH-ın nəzarətində olan hərbi təlim düşərgələrinə təhvil verilib və onların müxtəlif hərbi, siyasi-ideoloji təlim görmələrinə başlanılıb. Həmin şəxslərin müxtəlif adlar altında İraq, Livan, Suriya, Orta Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşdirildikləri və lazım olan zaman onlardan təxribatçı kimi istifadə olunacağı iddia olunur.

Pakistanın Dini İşlər Nazirliyi ölkə vətəndaşlarının silahlı və terrorçu qruplaşmalara cəlb edilməsinin qarşısını almaq üçün yeni tədbirlər gördüyünü açıqlayıb:

“Zəvvarların göndərilməsi üçün qeydiyyat indi yalnız rəqəmsal monitorinq sistemi vasitəsilə həyata keçiriləcək və ziyarətə gedən bütün qrupların təhlükəsizlik agentliklərinin nəzarəti və təsdiqindən sonra ölkədən çıxışına icazə veriləcək”.

Kopyalandı
Qazaxıstanda iki nəfəri yaralayan məktəbli saxlanıldı - Baku TV

Qazaxıstanda iki nəfəri yaralayan məktəbli saxlanıldı - Baku TV

Dünya
06 fevral 2026 221 baxış
Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV

Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV

Dünya
06 fevral 2026 221 baxış
Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

Dünya
06 fevral 2026 221 baxış
“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb

“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb

Dünya
06 fevral 2026 221 baxış
"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

Dünya
06 fevral 2026 221 baxış
Məsciddə terror aktı törədildi | Ölən və yaralananlar var - ANA XƏBƏR

Məsciddə terror aktı törədildi | Ölən və yaralananlar var - ANA XƏBƏR

Dünya
06 fevral 2026 221 baxış
Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

Dünya
06 fevral 2026 221 baxış
"Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI

"Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI

Dünya
06 fevral 2026 221 baxış
Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Dünya
06 fevral 2026 221 baxış
ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

Dünya
06 fevral 2026 221 baxış
Seçilmişlər
icon