Zaxarova Makronu Ermənistana aparan səbəbi açıqladı | Səfərin məqsədi bəllidir…
“Cənubi Qafqazda Qərbin rusofob fəaliyyətləri davam edir. Biz dəfələrlə qərblilərin regionda destruktiv fəaliyyətləri ilə bağlı məlumatlar vermişik. Bölgədə baş verənləri iyulun 18-də də şərh etmişik. Bu baxımdan Emmanuel Makronun elan olunan səfərinin məqsədi də bəllidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.
“Ermənistanın KTMT xətti ilə keçirilən tədbirlərdə iştirakına gəldikdə isə qurumun qapıları tamhüquqlu əməkdaşlıq üçün hər zaman açıqdır. Son nəticədə bu ölkənin təhlükəsizliyinə zəmanət baxımından Rusiyaya və KTMT-yə alternativ yoxdur. Bu, illərlə yox, əsrlərlə sübut olunub, erməni xalqı tərəfindən qiymətləndirilib. Ermənistanın tarix kitablarında da öz əksini tapıb, hansı ki, saxta dərsliklərlə onu silmək mümkün deyil”, – deyə M.Zaxarova qeyd edib.