Zaxarovadan Paşinyanın KTMT ilə bağlı ittihamlarına reaksiya | Bu, həqiqət deyil!
“İrəvanın ritorikasından belə bir təəssürat yaranır ki, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına eyni ölkələr daxil deyil. İrəvan Aİİ-də qalır, lakin KTMT-dəki mövcudluğunu dondurur, sanki bu strukturlar müxtəlif ölkələrdən ibarətdir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 20-də keçirdiyi brifinqdə bildirib.
Əlavə edib ki, Qərbin təzyiqləri var, görünür, Qərb rəsmilərinin sözləri İrəvanın siyasi ritorikasında öz əksini tapıb. Ermənistanda müəyyən siyasi qüvvələr KTMT-nin bu ölkəni müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayırlar, bu, həqiqət deyil. İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara əsaslanmır.
“Biz bir neçə dəfə KTMT-nin Ermənistan üçün gördüyü işlərdən danışmışıq. Bu fonda Rusiya Federasiyası ilə siyasi dialoq və qurumlararası əməkdaşlıq məhdudlaşır. Yəni iqtisadiyyat bir şeyi göstərir, insanlar, kampaniyalar, biznesmenlər Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlayır. Siyasi üstqurum isə bunun əksini edir”, – deyə Mariya Zaxarova qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması təsdiqlənib
- Belçika Rusiya aktivlərinin qarşılığında Aİ-dən bunları tələb edir - Baku TV CANLI
- Rusiyanın aktivləri müsadirə ediləcək? | Aİ-dən qərar - Baku TV CANLI
- Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?
- Paşinyan bir saat havada qaldı | Moskva səmasında nə baş verdi? - Baku TV
