Pleyeri seçin:
Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?
Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskva hava məkanının bağlı olması səbəbindən hava limanına eniş edə bilməyib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Baş nazirin "ACJ319" tipli təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləyib. Lakin Moskva tərəfindən icazə verilmədiyindən təyyarə ehtiyat marşruta yönəldilib. Nəticədə təyyarə gecə saatlarında Sankt-Peterburqdakı Pulkovo aeroportuna eniş edib.
Qeyd edək ki, dekabrın 11-nə keçən gecə Ukrayna Moskvaya kütləvi dron hücumu edib. Hücum nəticəsində paytaxtın hava məkanı müvəqqəti olaraq bağlanıb. Moskva meri Sergey Sobyanin ümumilikdə 32 Ukrayna PUA-sının vurulduğunu bildirib.
Kopyalandı
#Nikol Paşinyan teqi istifadə olunub
- Moskva bəyanatı: yerinə yetirilməyən vədlər, ziddiyyətlər və dəyişən reallıqlar | QARABAĞ XRONİKASI
- Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında gərginlik yeni mərhələyə keçib - Baku TV CANLI
- Kilsə-hakimiyyət savaşı: Paşinyan II Qareginin legitimliyini tanımır
- Arxada qoyulan il, önümüzü açan tarixi hadisələr - Baku TV
- Ermənistanda hər yerdə azərbaycanlı görmək sindromu nədir? - Baku TV
