Pleyeri seçin:

Zelenski "Qələbə planı"nın ilk bəndini yerinə yetirə bilmir? | Heç bir ölkə Ukraynaya...

02 noyabr 2024 592 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin oktyabr ayında açıqladığı “Qələbə və sülh planı”nda ölkəsinin NATO-ya üzvlüyünün ilk şərt olduğunu bildirsə də, son günlər verilən açıqlamalar bunun qeyri-real olduğunu göstərir.

Belə ki, istər Qərb, istərsə də yerli mətbuat Ukraynanın NATO-ya üzv qəbul edilməsinin ən azı hazırda real görünmədiyini bildirir.

Xüsusilə Şimal Alyansının bir sıra üzvlərinin Ukrayna əleyhinə mövqeləri bu fikri daha da möhkəmləndirir.

Belə olduğu halda Ukrayna Prezidentinin elan etdiyi “Qələbə və sülh planı”nın da reallığının şübhə altına düşməsi müzakirələrə səbəb olur.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib ki, müharibədən sonrakı quruluş, burada Ukraynanın səlahiyyətləri müəyyən təhlükəsizlik funksiyalarını yerinə yetirmək baxımından NATO daxilində kontingent yaratmaqla həyata keçirilə bilər:

“Prezident təklif edib ki, Ukraynanı NATO-ya dəvət etmək “Qələbə planı”nın ilk bəndidir. Ukraynanın hərbi imkanlarını artırmaq ikinci və üçüncü bəndlərdir. Bura Ukraynanın müəyyən alətlərlə təchiz edilməsi daxildir. Rusiya üçün iqtisadi məhdudiyyətlər dördüncü bənddir.

Rusiya tez-tez NATO, üzvlük, qeyri-üzvlük məsələsini əsas element kimi istifadə edir. Söhbət məhz NATO-ya dəvət faktından gedir. Avropadakı hər hansı bir ölkənin istənilən alyansa qoşulmaq və ya qoşulmamaqla bağlı suveren hüququnu həyata keçirə biləcəyini bildiririk. Bu hüquq tamamilə suveren olmalıdır.

Bilirik ki, Ukrayna ilə bağlı NATO Alyansının iki vacib tərəfdaşında – ABŞ və Almaniyada müəyyən şübhələr var. Lakin onlarla işləmək lazımdır və düşünürəm ki, ABŞ-nin mövqeyi artıq başqa cür görünür. ABŞ-yə təzyiqi davam etdirmək lazımdır. Almaniyanın mövqeyi ABŞ-nin mövqeyindən asılı olacaq. Buna görə də, prinsip etibarilə bu, vacib müzakirədir”.

Qeyd edək ki, hazırda Qərbin natamam dəstəyi fonunda Ukrayna cəbhədə geriliyə məruz qalır. 

Banner
İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

Dünya
02 noyabr 2026 592 baxış
Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
02 noyabr 2026 592 baxış
Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Dünya
02 noyabr 2026 592 baxış
Dəməşq təhlükəsizlik təminatları axtarır

Dəməşq təhlükəsizlik təminatları axtarır

Dünya
02 noyabr 2026 592 baxış
İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

Dünya
02 noyabr 2026 592 baxış
Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Dünya
02 noyabr 2026 592 baxış
Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Dünya
02 noyabr 2026 592 baxış
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 592 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 592 baxış
Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Dünya
02 noyabr 2026 592 baxış
Seçilmişlər
icon