11 yaşlı Rüzgarın faciəvi sonu | Oğlunun ölümünə dözməyən ana fəryad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə 11 yaşlı uşaq rayon xəstəxanasında ölüb. Hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 11 yaşlı Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından həyatını itirib.
“Hər gün xəstəxanaya aparıb-gətirirdik. Həkim deyirdi ki, dəqiq diaqnozunu bilmədən uşağa əl vura bilmərəm. Övladımın stolda canı çıxdı. Evdə təhsil alırdı, arzuları yarımçıq qaldı”, – dünyasını dəyişən uşağın anası deyib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və qarın boşluğunda mayenin yığılması diaqnozu təyin olunub. Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Ağabalayevlər ailəsinin bundan əvvəl 2 və 3 yaşlı iki qız övladı da xəstəlikdən ölüb.
#Şəki teqi istifadə olunub
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
