Təkəri qırılan avtomobil yük maşınına çırpılıb
Qaradağda avtomobil idarəetmədən çıxaraq “TIR”la toqquşub.
Qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Hadisənin şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili Baku TV-yə açıqlamasında bildirib ki, “AzSamand” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb.
Nəticədə avtomaşın idarəetmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb.
Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb.
Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük maşınına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Minik avtomobili isə yararsız vəziyyətə düşüb.
Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli
Orxan Hüseynzadə