Hadisə
Pleyeri seçin:

2021-ci ildə törədilmiş cinayətin təfərrüatları məlum olub

20 mart 2024

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin təfərrüatına aydınlıq gətirilib.

Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub.

İş üzrə dindirilmiş Sərxan Dadaşov bildirib ki, sentyabrın 22-də yaşadığı qəsəbədə, marketin qarşısında dayandığı vaxt tanımadığı bir nəfər yaxınlaşaraq metronun “28 May” stansiyasına gedəcəyini bildirib. Lökbatandan çıxmamış sərnişin parkın qarşısından sağa dönməsini, ora çatdıqda avtomobili söndürməyini və bir xanımın 5 dəqiqədən sonra gələcəyini deyib.

Təxminən 2 dəqiqə sonra əvvəllər ədavəti olan Kamil Cəfərov və onun dostu Şəhriyar Təhməzov yaxınlaşıb bir anda maşının qapısını açaraq sinəsinə təpiklə zərbə vurublar. Sağ oturacağa tərəf yıxılan kimi avtomobildə müştəri qismində əyləşən və Kamilin qardaşı olan Samir onun baş nahiyəsinə bir neçə dəfə “beşbarmaq”la zərbələr vurub. Şəhriyarla Kamil isə ayağından çəkərək onu maşından çıxarmağa cəhd göstəriblər. O, hər iki əli ilə sükandan tutaraq ucadan qışqırıb, insanları köməyə çağırıb. Buna baxmayaraq, onu zorla avtomobildən yerə düşürüblər.

Bu zaman sağ qapının saxlanc yerindən açılıb-qatlanan bıçağı götürüb. Həmin şəxslər onu yerə yıxaraq təpikləməkdə davam ediblər. Sərxan Dadaşov cibindən çıxardığı bıçağı açaraq özünü qorumaqdan ötrü sağa-sola hərəkətlər etdirib. Həmin an təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəyib. Kamillə Samir onu buraxaraq qaçıblar. Təxminən 1 saatdan sonra polis əməkdaşları Sərxanı 10-cu Polis Bölməsinə aparıblar və orada bilib ki, Kamil Cəfərov ayağından aldığı xəsarətlər nəticəsində çoxlu miqdarda qan itirərək dünyasını dəyişib.

Məhkəmə iclasında Sərxan Dadaşov ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

DİN-dən feyk hesablarla 30 min manat oğurlayan şəxslə bağlı məlumat

Hadisə
27 aprel 2024
ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

ANAMA əməkdaşı Şuşada minaya düşdü | Son dəqiqə

Hadisə
27 aprel 2024
Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı

Hadisə
27 aprel 2024
DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

DİN Bakıda mühüm əməliyyat keçirdi | Xəbərdarlıq

Hadisə
27 aprel 2024
Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Zərdab sakini ilə bağlı araşdırma başlanıldı | DİN-dən məlumat

Hadisə
27 aprel 2024
Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Polis Xankəndidə əməliyyat keçirdi | Baku TV hadisə yerində

Hadisə
27 aprel 2024
Narkotik satan şəxsin səs yazısı yayıldı | DİN məlumat yaydı

Narkotik satan şəxsin səs yazısı yayıldı | DİN məlumat yaydı

Hadisə
26 aprel 2024
Instagram-da tanış olub yatağına girdiyi qızın qatili oldu - SONUNCU ŞAHİD

Instagram-da tanış olub yatağına girdiyi qızın qatili oldu - SONUNCU ŞAHİD

Hadisə
26 aprel 2024
Mingəçevirdə qorxulu hadisə | Bıçaqla gəlib camaatın üstünə cumur

Mingəçevirdə qorxulu hadisə | Bıçaqla gəlib camaatın üstünə cumur

Hadisə
26 aprel 2024
Evi narkotiklə dolu olan Nərimanov sakini saxlanıldı

Evi narkotiklə dolu olan Nərimanov sakini saxlanıldı

Hadisə
26 aprel 2024
Seçilmişlər
icon