İcarəyə götürdüyü avtomobillə qəza törətdi
Gecə Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verən hadisə zamanı 90 EJ 741 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə 33 BG 120 dövlət nömrə nişanlı “Hundai” markalı avtomobil toqquşub.
"Mercedes"in sürücüsü Ə.Rəcəbli küçəsindən Təbriz küçəsinə dönmək istəyərkən "Hyundai" markalı avtomobilin yoluna çıxıb. Nəticədə “Hundai” markalı maşın “Mercedes”lə toqquşub.
Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Bəşirov Tərlan Kamal oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib. Sürücü sıxışdığı yerdən çıxarılaraq xəstəxanaya aparılıb.
Hadisə nəticəsində “Hundai” markalı avtomobildə olan sürücü Şabanov Razər Azər oğlu və sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, Razə Şabanov “Hundai” markalı avtomobili icarəyə götürüb. “Mercedes” markalı avtomobilin sürücüsü isə taksi kimi fəaliyyət göstərir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu