Hadisə
Pleyeri seçin:
Qayda pozan xanım sürücü qəza törədib yaralandı
Gecə saatlarında Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Həsən Əliyev küçəsində qeydə alınan qəza zamanı 1 nəfər yalanıb.
90 CB 272 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin xanım sürücüsü yol nişanının tələbini pozub. Bu zaman avtomobil qarşı yolda hərəkətdə olan 99 MG 533 dövlət qeydiyyatlı "Volkswagen" markalı minik maşınına çırpılıb.
Zərbənin təsirindən "Volkswagen" yol kənarındakı səkiyə dəyib.
Qəza zamanı “Hundai”-ın xanım sürücüsü xəsarət alıb. Onun şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Seçilmişlər