Hadisə
Pleyeri seçin:

Şəkidə Xan çinarının budağı qırıldı - 19 nəfər yaralandı

14 iyul 2019 1056 baxış

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qırılıb.

Budağın qırılaraq yerə düşməsi nəticəsində həmin vaxt sarayın həyətində olan 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan dörd nəfərin vəziyyəti ağırdır.

Yaralananlardan ikisi Rusiya, beşi Suriya, qalanı isə Azərbaycan vətəndaşlarıdır.

Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib.

İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyeva isə təcili tibbi yardım avtomobili ilə paytaxta yola salınıb.

Hadisəyə ilkin səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub. Bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının böyük budağı qırılaraq yerə düşüb.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Prezident İlham Əliyevin xüsusi nəzarətindədir.

Kopyalandı
Narkotik satan şəxsin səs yazısı yayıldı | DİN məlumat yaydı

Narkotik satan şəxsin səs yazısı yayıldı | DİN məlumat yaydı

Hadisə
26 aprel 2024 1056 baxış
Instagram-da tanış olub yatağına girdiyi qızın qatili oldu - SONUNCU ŞAHİD

Instagram-da tanış olub yatağına girdiyi qızın qatili oldu - SONUNCU ŞAHİD

Hadisə
26 aprel 2024 1056 baxış
Mingəçevirdə qorxulu hadisə | Bıçaqla gəlib camaatın üstünə cumur

Mingəçevirdə qorxulu hadisə | Bıçaqla gəlib camaatın üstünə cumur

Hadisə
26 aprel 2024 1056 baxış
Evi narkotiklə dolu olan Nərimanov sakini saxlanıldı

Evi narkotiklə dolu olan Nərimanov sakini saxlanıldı

Hadisə
26 aprel 2024 1056 baxış
DİN-dən vacib məlumat | Xocavənddə görün nələr tapıldı

DİN-dən vacib məlumat | Xocavənddə görün nələr tapıldı

Hadisə
26 aprel 2024 1056 baxış
Sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülərə qarşı cəza

Sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülərə qarşı cəza

Hadisə
26 aprel 2024 1056 baxış
Yolda yük maşını təhlükəli vəziyyət yaratdı

Yolda yük maşını təhlükəli vəziyyət yaratdı

Hadisə
26 aprel 2024 1056 baxış
Abşeronda avtomobilin vurduğu piyada canından oldu

Abşeronda avtomobilin vurduğu piyada canından oldu

Hadisə
26 aprel 2024 1056 baxış
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

Hadisə
26 aprel 2024 1056 baxış
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə xəsarət alıb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə xəsarət alıb

Hadisə
26 aprel 2024 1056 baxış
Seçilmişlər
icon